
Ukraynanın Zakarpat əyalətindəki etnik macarlar ölkəni kütləvi şəkildə tərk edirlər.
Gununsesi.info xəbər verirki, belə bir bəyanatla Ukraynanın xarici işlər naziri Pavel Klimkin çıxış edib.
Bu barədə öz Twitter səhifəsində məlumat verən ukraynalı nazir bildirib ki, bu məsələni macar həmkarı Peter Siyyarto ilə Vyanda görüşü zamanı müzakirə edib.
“Bu gün Ukraynanın Zakarpat vilayətindəki etnik macarların sayı 150 min deyil, onların sayı heç 100 min də deyil. Xeyli azalıb. Etnik macarlar bölgəni kütləvi şəkildə tərk edirlər”- deyə, P.Klimkin bildirib.
Nazir onu da əlavə edib ki, görüşdə Macar həmkarı ilə Ukraynada qalan macarlara yardım edilməsi məsələsi ətrafına fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Budapeşt ATƏT-ə müraciət edərək Ukraynanın Zakarpat vilayətində etnik macarlara qarşı yerli millətçilər tərəfindən hər hansı təqiblərin olub-olmamasını aydınlaşdırmaq üçün müşahidə missiyasının göndərilməsini tələb edib.
Gununsesi.info










