Yeniyetmə qızı maşın vurub öldürüb

  • Müəllif: admin
  • 15 Dekabr 2017 06:50

Bakıda ölümlə nəticələnən piyadavurma olub.

Gununsesi.info xəbər verir ki, hadisə Bakı dairəvi yolunun Qanlı Göl yaşayış massivinin ərazisinə düşən hissəsində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Qənbərova Sevinc İslam qızı sərnişin avtobusundan düşərək, sürət həddi 110 km/saat olan yolu keçmək istəyərkən onu Məcnunzadə Çingiz Gündüz oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobil vurub.

Qız xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Araşdırma aparılır.

Gununsesi.info