“Lotu Quli” Ukraynaya nüfuz edir - O, BU ÖLKƏDƏ KRİMİNAL VƏZİYYƏTİ TƏSİRİ ALTINA ALMAQ İSTƏYİR

  • Müəllif: admin
  • 18 Dekabr 2017 14:00

Bir müddət əvvəl azadlığa buraxılan azərbaycanlı kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) Ukraynadakı kriminal vəziyyətlə yaxından maraqlanmağa başlayıb.

Gununsesi.info teleqraf.com-s istinadən xəbər verir ki, bununla bağlı ukraynalı jurnalist Stanislav Reçenski Feysbuk hesabında məlumat paylaşıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq mətbuat katibi Reçenskinin sözlərinə görə, Səlifov öz mafiya üzvlərinin vasitəsilə bu ölkədə qanunsuz fəaliyyət üçün kanallar axtarır:

“O, Ukraynadakı kriminal vəziyyəti təsiri altına almaq istəyir. Hazırda Ukraynada kriminal vəziyyətə təsir edə biləcək “qanuni oğru”lar yoxdur. Bu ölkədə ən güclü kriminal avtoritet sayılan Sergey Lısenko (Lera Sumski) Moskvada həbsdə olan oğlunun azad olunması üçün yollar axtarır.

Digər kriminal avtoritet Andrey Nedzelski (Nedelya) isə Ukraynaya qayıtmaqdan qorxur”.

Gununsesi.info