Gənc qadın dərmandan zəhərlənib

  • Müəllif: admin
  • 21 Dekabr 2017 20:48

Gədəbəy rayonunda 21 yaşlı gəlin dərmandan zəhərlənib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Moruqlu kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Tağıyeva Nuranə Qədim qızı evlərində övladı üçün alınan sinir dərmanını səhvən su bilərək içib. Qadın təcili olaraq xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Xəstənin vəziyyəti kafi qiymətləndirilir.

Gununsesi.info