
ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı təhdidi tiranlıqdır.
Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu BMT İdarə Heyətində çıxışı zamanı deyib.
XİN rəhbəri bildirib ki, dövlət başçısının bu təhdidi beynəlxalq hüququn tapdanması və mənəvi dəyərlərə ağlasığmaz hücum anlamına gəlir.
Qeyd edək ki, Tramp Qüds müzakirəsində ABŞ-a qarşı səs verənlərə maliyyə yardımını dayandıracağını açıqlayıb.
Gununsesi.info












