Bu universitetin əməkdaşlarına bayram mükafatı veriləcək

  • By admin
  • 21 Dekabr 2017 21:04

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə pul mükafatları veriləcək.

Gununsesi.info xəbər verir ki, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb. Əmrə əsasən, universitetin bütün əməkdaşlarının maddi rifah halının yaxşılaşdırılması üçün əməkhaqqının 70 faizi dəyərində maddi yardım ediləcək.

Qeyd edək ki, AzMİU-nun rektoru işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün hər il bu gündə və Novruz bayramı ərəfəsində universitetin professor-müəllim heyətindən tutmuş xidmətedici heyətdə çalışan bütün əməkdaşlarına maddi yardımlar olunması üçün əmr imzalayır.

Gununsesi.info