Rusiya açıqladı: Türkiyə S-400-ün ödənişini belə edəcək

  • By admin
  • 21 Dekabr 2017 21:10


S-400 zenit raket komplekslərinin satışı ilə bağlı Rusiya və Türkiyə arasında bütün məsələlər həll edilib.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidentinin hərbi-texniki məsələlər üzrə köməkçisi Vladimir Kojin jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ödənişin bir qismi Ankarada, digər hissəsi isə Rusiya krediti hesabına ödəniləcək:

“Bütün məsələlər həll edildi. Güman edirəm ki, hərtərəfli aspektdə müqavilənin reallaşdırılması mərhələsi bir neçə gündən sonra baş tutacaq. Maliyyə məsələsi də bura daxildir”.

Gununsesi.info