
Ağstafada piyadanı avtomobil vurub.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Həsənsu kəndində baş verib. Kənd sakini 1976-cı il təvəllüdlü Həbib Hümbətov yolu keçən zaman avtomobillə vurulub. Qəzanı törədən avtomobil hadisə yerindən uzaqlaşıb. Yarlı xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info









