
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ad günüdür.
Gununsesi.info xəbər verir ki, 56 yaşını qeyd edən dövlət başçısına rəsmi təbrik məktubları ilə yanaşı, xalqın nümayəndələri tərəfindən sosial şəbəkələrdə çoxsaylı mesajlar ünvanlanıb.
Prezident İlham Əliyev də öz növbəsində bu xoş arzuları cavabsız qoymayıb və “Facebook” sosial şəbəkəsindəki rəsmi hesabında onu təbrik edən hər kəsə öz təşəkkürünü bildirib. Dövlət başçısı “Təbriklərə görə hamıya təşəkkür edirəm! Hamınıza xoşbəxtlik, cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm!”,- deyə yazıb.








Gununsesi.info












