
Çində İstilik elektrik stansiyasında baş verən qəza nəticəsində 5 nəfər ölüb.
Gununsesi.info xəbər verir ki, insident dekabrın 23-də ölkənin şərq bölgəsində, Tzyasin şəhərində qeydə alınıb.
Məlumata əsasən, İES-in qazanxanasında buxar kəmərinin qırılması zamanı ağır xəsarət alan 4 nəfər xəstəxanada ölüb, dekabrın 24-də müəssisənin daha bir əməkdaşı xəstəxanada keçinib.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
Gununsesi.info












