Dövlət Pedaqoji Universitetinə yeni prorektor təyin edilib

  • Müəllif: admin
  • 27 Dekabr 2017 16:20

Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) yeni prorektor təyin edilib.

Gununsesi.info trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov ADPU-un Tədris işləri üzrə prorektoru təyin edilib.

E.Aslanov bundan əvvəl Turizm və Menecment Universitetinin prorektoru olub.

Qeyd edək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov da bundan əvvəl Turizm və Menecment Universitetinin rektoru olub.

Gununsesi.info