Oqtay Əsədov İrana dəvət olunub

  • Müəllif: admin
  • 30 Dekabr 2017 12:53

Milli Məclisin sədri Oqtay Əsədov İslam Parlamentlərarası İttifaqının Tehranda keçiriləcək növbədənkənar iclasında iştirak etmək üçün İrana dəvət olunub.

Gununsesi.info bu barədə trend-ə istinadən məlumat verir.

Qeyd olunur ki, İranın Azərbaycandakı səfiri Cavad Cahangir-zadə O.Əsədovla görüşü zamanı ona İran parlamentin spikeri Əli Laricaninin dəvətnaməsini təqdim edib.

İslam Parlamentlərarası İttifaqının iclası 2018-ci il yanvarın 15-də keçiriləcək. İclas zamanı Fələstinlə bağlı son hadisələrin müzakirəsi planlaşdırılır.

Gununsesi.info