Deputatlar tətildən yanvarın 15-də qayıdacaq

  • Müəllif: admin
  • 03 Yanvar 2018 16:10

Milli Məclis deputatlarının tətili yanvarın 15-də başa çatacaq.

Gununsesi.info xəbər verir ki, həmin tarixdən etibarən parlamentin komitələrinin iclasları keçiriləcək.

Fevralın 1-də isə (həftənin 4-cü günü) Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək. Yaz sessiyası mayın 31-dək davam edəcək.

Xatırladaq ki, parlamentin sonuncu plenar iclası ötən ilin dekabrın 29-da keçirilib.

Gununsesi.info