
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya səfər edəcək. Səfər yanvarın 5-də reallaşacaq.
Gununsesi.info AFR-ə istinadən xəbər verir ki, Ərdoğan səfər zamanı fransalı həmkarı Emmanuel Makronla görüşəcək.
Görüş zamanı mühüm məsələlər müzakirə olunacaq. Suriyada, Yaxın Şərqdəki son durumdan tutmuş ikitərəfli ticari əlaqələrədək məsələlərin müzakirəsi gözlənilir.
Gununsesi.info












