
Mingəçevirdə yataqxanada yanğın baş verib.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə FHN-in canlı qüvvə və texnikaları cəlb edilib.
İlkin məlumata əsasən, hadisə nəticəsində bina sakinləri təxliyə olunublar, tüstüdən zəhərlənənlər var. Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.
Gununsesi.info











