Gürcüstandan maşın gətirənlərə xəbərdarlıq - TƏHLÜKƏ İLƏ ÜZLƏŞƏ BİLƏRLƏR

  • By admin
  • 03 Yanvar 2018 23:40

Sükanın yerinin dəyişdirilməsi təhlükəyə səbəb ola bilər. Yaponiya və Böyük Britaniya istehsali olan bəzi avtomobillərin sükanının yeri sağdan sola dəyişdirilir. Bu proses təhlükələrə yol açdığı üçün yanvarın birindən Gürcüstanda avtomobillərdə sükanın yerinin dəyişdirilməsi qadağan olunub.

Gununsesi.info xezerxeber-ə istinadən xəbər verir ki, Azərbaycanda da bu qəbildən olan xeyli avtomobil var. Mütəxəssislər deyirlər ki, sükanın yeri dəyişdikdə bir neçə mexanizmin də yeri dəyişir. Bu zaman kiçik bir məsuliyyətsizlik böyük faciələrə yol aça bilər.

Dəyişdirilən digər hissə isə idarəetmə panelinin şitidir.

Elçin Abbasov deyir ki, dəyişdirilmə zamanı bəzən xırda detallara diqqət yetirilmir. Bu da sürücüyə çətinlik yaradır.

Hüquqşünaslar isə bildirirlər ki, Azərbaycan qanunvericiliyinə görə, sükanı sağda olan avtomobillərin dövlət qeydiyyatına alınması və istismarı qadağandır. Ölkədə kustar üsulla sükanın yerinin dəyişdirilməsinə də icazə verilmir. Lakin bəzi iri avtomobil istehsalçıları öz rəsmi distributorlarına bu işi həvalə edir. Bu da ölkə xaricində baş verir. Onlar da bütün təhlükəsizlik tədbirlərini nəzərə alırlar. Mütəxəssislər sükanın yeri dəyişdirilən avtomobil aldıqda onu detallı şəkildə texniki baxışdan keçirməyi məsləhət görürlər.

Gununsesi.info