Qarabağda daha bir erməni hərbçi öldü - FOTO

  • Müəllif: admin
  • 06 Yanvar 2018 14:17

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi hissələrindən birində yanvarın 6-da yerli vaxtla 02:10-da Ermənistan ordusunun əsgəri ölüb.

Gununsesi.info news.am-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü müqaviləli hərbi qulluqçu Vanik Ziroyan dəm qazından boğularaq ölüb.

Hadisənin detallarını öyrənmək üçün istintaq aparılır.

Gununsesi.info