Bakıda NATO və Rusiya hərbi rəhbərlərinin görüşü keçiriləcək

  • Müəllif: admin
  • 08 Yanvar 2018 08:20

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Ali baş komandanı general Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimov ilə görüşəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə adı çəkilməyən ABŞ və Avropanın vəzifəli şəxslərinə istinadən “BuzzFeed” portalı məlumat yayıb.

Məlumata əsasən, görüş yanvar ayında Bakıda baş tutacaq.

“Bu, sabiq ABŞ prezidenti Barak Obamanın 2013-cü ildə NATO BSQ rəhbərinə rusiyalı həmkarı ilə şəxsi əlaqələrə qoyduğu qadağadan sonra ilk görüş olacaq”, məlumatda vurğulanıb.

Qeyd edək ki, ötən ilin fevralın 16-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun görüşü Bakıda keçirilib. Sentyabrda isə Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel ilə görüşüb.

Gununsesi.info