10 min yol polisi işdən ÇIXARILDI

  • Müəllif: admin
  • 09 Yanvar 2018 18:17

Rusiyada Dövlət Yol Müfəttişliyi əməkdaşlarının sayı 2018-ci il yanvarın 1-dən 10 min nəfər azaldılıb.

Gununsesi.info “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, Yol Patrul Xidməti və Dövlət Yol Müfəttişliyinin əməkdaşlarının sayı qeydiyyat işləri, imtahan götürmə və sürücülük vəsiqəsini vermə üzrə vəzifələrdən başqa, digər sahələrdə azaldılıb.

Məlumata əsasən ixtisara düşən polislər Daxili İşlər Nazirliyinin digər şöbələrindəki vakant vəzifələrə müraciət edə bilərlər.

Gununsesi.info