Daha bir federasiyada İXTİSARLAR BAŞLADI

  • Müəllif: admin
  • 11 Yanvar 2018 15:46
Daha bir idman federasiyasında ciddi struktur dəyişikliyi gözlənilir. 
Gununsesi.info unikal.org-a istinadən məlumat verir ki, Azərbaycan Milli Karate Federasiyası yaxın zamanda quruma yeni baş məşqçi gətirməyi planlaşdırır. Amma qurumdakı dəyişiklik bununla bitmir. Federasiyada vitse-prezident vəzifəsindən tutmuş, digər məsul şəxslərə qədər bütün vəzifələrdə dəyişiklik ediləcək. Hətta işlərindən kənarlaşdırılanlar da olacaq.
Yaşar Bəşirovun isə federasiyanın prezident postundan gedib-getməməsi sual altındadır. Bu dəyişikliklərin ayın 25-nə qədər baş tutacağı gözlənilir.
Məsələ ilə bağlı federasiyanın mətbuat katibi Sənan Məhərrəmovla əlaqə saxladıq. Qurum rəsmisi Unikal.org-a danışarkən dəyişikliklər olacağını desə də, kimlərin gedib, kimlərin qalacağı barədə dəqiq məlumat vermədi. O, bildirib ki, yaxın zamanda bu məsələyə aydınlıq gətiriləcək və rəsmi açıqlama veriləcək.
Gununsesi.info