“Fiat” 162 mindən çox avtomobili geri çağırır

  • Müəllif: admin
  • 13 Yanvar 2018 18:46

“Fiat Chrysler Automobiles” şirkəti ABŞ-da 162 mindən çox avtomobili geri çağırmaq niyyətindədir.

Gununsesi.info xəbər verir ki, qərar avtomobillərin mühərrikində qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2017-ci ildə buraxılmış “Chrysler Pacifica” mini-ven tipli modelinə şamil olunur.

Bildirilir ki, qeri-çağırma kampaniyası avtomobilin hibrid benzin-elektrik versiyasını əhatə etməyəcək.