Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən “Qarabağ” dünən toplanış çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Gununsesi.info xəbər verir ki, “köhlən atlar” Polşanın “Lexiya” (Qdansk) klubu ilə qarşılaşıb.
Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Xatırladaq ki, “Qarabağ” Antalyada keçirdiyi ilk yoxlama oyununda Rusiyanın “Kuban” klubuyla 2:2 hesablı heç-heçə edib.
“Qarabağ” – “Lexiya” 1:1
Qollar: Dani Kintana, 58 – Flavio Paixao, 86
Gununsesi.info