Nuranə Nur sevənləri ilə bir arada

  • Müəllif: admin
  • 22 Yanvar 2018 22:21

Azərbaycan Yazıçılar Birliyinin üzvü gənc şairə Nuranə Nurun şeir gecəsi təşkil olunub. Gununsesi.info-nun xəbərinə görə, paytaxtdakı “Bookcafe-Bar”da təşkil olunan məclisdə gənc şairlər, habelə, AYB-nin bir sıra ünlü simaları iştirak edib.

Nuranə Nur özünün  yeni şeirlərini təqdim edib.

Məclisdə çıxış edən AYB üzvləri Balayar Sadiq və Qəşəm Nəcəfzadə bu cür ədəbi məclislərin əhəmiyyətindən danışıb.

Hər iki natiq Nuranə Nuru yeni dövrün istedadlı şairlərindən biri kimi dəyərləndirib.

Gununsesi.info