Azərbaycanda yerli kənd təsərrüfatı böhranı yaşanır - VAHİD MƏHƏRRƏMOVUN RƏYİ

  • Müəllif: admin
  • 23 Yanvar 2018 15:46

“Azərbaycanın ərzaq təminatında ciddi təhlükə yaranıb”.

Gununsesi.info xəbər verir ki, bunu kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib.

V.Məhərrəmov qeyd edir ki, 2017-ci ildə ölkəyə 2 milyard 386 milyon 500 min (1 milyard 403 milyon 818 min dollar) manat dəyərində yeyinti məhsulları idxal olunub: “Azərbaycan tarixində heç vaxt ölkənin ərzaq təminatı bu qədər idxaldan aslı olmayıb. Ölkənin çörək, ət, süd, yağ, şəkər, çay və digər qida məhsullarına olan təminatı artıq idxal hesabına ödənilir”.

Onun sözlərinə görə, ölkədə taxılçılıq artıq məhv edilib: “Ölkənin çörəyə, una olan ehtiyacı tam idxaldan aslı vəziyyətə salınıb. Keçən il ölkənin təlabatı qədər (1 milyon 274 min 434 ton) buğda, 291 milyon 524 min dollar dəyərində dənli bitkilərin məhsulları idxal olunub. Bu azmış kimi 17 milyon 822 min dollarlıq unüyütmə-yarma sənayesi məhsulları, 77 milyon 218 min dollar dəyərində isə taxıldan, undan alınan hazır məhsullar idxal edilib. Ümumilikdə keçən il ölkəyə 680 milyon manat dəyərində taxıl və taxıldan hazırlanan məhsullar idxal olunub. Təsəvvür edin, bu qədər vəsait əcnəbi fermerlərin cibinə axıb, onların biznesini stimullaşdırıb”.

Vüsalə

Gununsesi.info