Elçin Quliyev Qulam İsakzai ilə görüşüb

  • Müəllif: admin
  • 05 Avqust 2016 14:52

elcin

 

Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev 2016-ci ilin 5 avqust tarixində Dövlət Sərhəd Xidmətinin Aparatında BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.

Gununsesi.info Dövlət Sərhəd Xidmətinin saytına istinadən xəbər verir ki, görüşdə BMT-nin müvafiq qurumları ilə DSX arasında uzun müddət ərzində həyata keçirilən əməkdaşlığa nəzər salınıb. BMT İnkişaf Proqramının iştirakı ilə inteqrə edilmiş sərhəd idarəçiliyi sahəsində uğurla həyata keçirilən layihələrin vacibliyi vurğulanıb və birgə əməkdaşlıq çərçivəsində Dövlət Sərhəd Xidmətinin texniki, təlim-tədris imkanlarının təkmilləşdirilməsində görülən işlərin əhəmiyyəti xüsusi qeyd olunub. Dövlət Sərhəd Xidmətinin rəisi Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin bir hissəsinin bu günədək işğal altında qalmasını, bir milyona yaxın azərbaycanlının öz yurdlarından didərgin düşməsini qeyd edib. Eyni zamanda, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyini, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu vurğulayıb. Söhbət əsnasında dünyada və regionda baş verən hadisələrin sərhəd təhlükəsizliyinə təsiri, yeni çağırışlar barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Dövlət Sərhəd Xidməti və BMT-nin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinə ümidvar olduqlarını qeyd edibılər.

Gununsesi.info