ABŞ Türkiyəni təhdid etdi: “GERİ ÇƏKİLİN, YOXSA...”

  • Müəllif: admin
  • 25 Yanvar 2018 16:52

ABŞ prezidenti Donald Trampun milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Tomas Bossert Davosda keçirilən Dünya İqtisadi Forumunda Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatını dəyərləndirib.

Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, ABŞ Ankaranın Afrindən çəkilərək YPG ilə döyüşməməsi istəyir.

ABŞ-ın hərbi məsləhətçilərinin də bölgədə olduğunu deyən Trampın məsləhətçisi hər hansı yanlış hesablamanın ağır nəticələrə səbəb ola biləcəyini bildirib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu yanvarın 20-da Afrində “Zeytun budağı” əməliyyatına başlayıb.

Gununsesi.info