“Eurovision” təmsilçimizlə bağlı gözlənilməz dəyişiklik

  • Müəllif: admin
  • 29 Yanvar 2018 19:20


Bir neçə ay sonra “Eurovision- 2018” mahnı müsabiqəsinə start veriləcək. Lissabondakı “MEO Arena”da baş tutan gecədə 43 ölkə birincilik uğrunda mübarizə aparacaq. Azərbaycanı isə Avropa səhnəsində Aysel Məmmədova (Aisel) təmsil edəcək.

Axşam.az-ın “Qafqazinfo”a istinadən məlumatına görə, bir neçə ildir ki, isveçli musiqiçilərdən mahnı alan “Eurovision” təşkilat komitəsi bu dəfə ənənəni pozublar. Bildirilir ki, Azərbaycan Aysel üçün yunan bəstəkarlara müraciət edib.

Bundan əlavə, bir neçə ay bundan əvvəl məşhur wiwibloggs.com saytı Aysel ilə rusiyalı müğənni Filipp Kirkorovun yarışma üçün bir araya gəlməsi barədə xəbər yayıb. İddia olunur ki, həmyerlimizin prodüseri məhz Kirkorov olacaq.

“Eurovision” xəbər portalı qeyd edir ki, gənc ifaçı Filippin sahib olduğu “Dream Team” adlı komandası ilə işləməyə başlayacaq. Hətta, Rusiyanın tanınmış müğənnisi instaqram səhifəsində komandasının üzvü, bəstəkar Dimitris Kontopoulosu təbrik edib və bildirib ki, möcüzəli bir il onları gözləyir.

Sənətçi həştaqla “Eurovision” mahnı müsabiqəsinin adını yazıb.  Bu paylaşım Aysellə Kirkorovun əməkdaşlığı barədə yayılan şayiələri daha da gücləndirib.

Həmçinin, sayt həmyerlimizlə Flippin  “Bonjour” jurnalının yubiley mərasimində bir araya gəldiyini xatırladır.

Gununsesi.info