
Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” mövzusunda keçirilən dinləmələrdə çıxış edərkən rəsmi qeydiyyatda olmayan vərəm xəstələri ilə bağlı narahatlığını bildirib.
Gununsesi.info-nun məlumatına görə, deputat qeyd edib ki, vərəm xəstəliyinə yoluxan bəzi şəxslər rəsmi qeydiyyata düşmürlər, bu da düzgün addım deyil:
“Deyirlər ki, qeydiyyatda olsam, qonşu, qohumlar biləcək. Biz bu streotipləri qıra bilməmişik. Təəssüflər olsun ki, bəzi həkimlər də rəsmi qeydiyyatı olmayan vərəm xəstələrini müalicə edirlər. Bununla bağlı məsuliyyət müəyyən etməliyik ki, həkimlər xəstələri rəsmi qeydiyyata saldırmadan müəlicə etməsinlər. Çalışmalıyıq ki, xəstələr rəsmi qeydiyyata düşsünlər”.
Q.Paşayeva bununla bağlı mətbuatda, televiziyalarda maarifləndirmə verilişlərinin vacibliyinə toxunub.
Mürtəza
Gununsesi.info











