Qadın 6 kiloqram ağırlığında körpə dünyaya gətirib - FOTO

  • Müəllif: admin
  • 30 Yanvar 2018 17:28

Rusiyanın Dagestankiye Ogni qəsəbəsində adı açıqlanmayan bir qadın təxminən 6 kiloqram ağırlığında körpə dünyaya gətirib.

Gununsesi.info xəbər verir ki, xəstəxanaya çata bilməyən qadın heç bir tibbi yardım almadan evdə öz özünə doğuş edib.

O, hazırda uşağıyla birlikdə xəstəxanada müalicə alır. Adsız körpənin eşitmə problemləri yaşadığı deyilib.

Qeyd edək ki, iri doğulan uşaqlarda tənəffüs çətinliyi normal kiloqramlı doğulan körpələrə nisbətən daha çox görülür. Tənəffüs çətinliyinin səbəbi ilk növbədə artmış respiratuar distres sindromu riskidir.

Onu da qeyd edək ki, Ginnes Dünya Rekordlarına görə, indiyə qədər qeydə alınan ən ağır çəkili uşaq İtaliya dünyaya gəlib. Onun çəkisi 10 kiloqram 205 qram olub.

Gununsesi.info