
Xalq artisti Səməd Səmədov müğənni Xatun Əliyevanın toy qiymətinə endirim etməsinə münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, müğənni “Lider maqazin”ə açıqlamasında Xatuna dəstək olduğunu deyib və digər ifaçıları bu kampaniyaya qoşulmağa səsləyib:
“Xatun indi elə dəbdədir ki, onun reklama ehtiyacı yoxdur. Mən başda olmaqla, Xatun beş-altı müğənniyə müraciət edərdi biz reklam kampaniyasını birlikdə başlayardıq. Bu daha yaxşı olardı. Müğənnilərdən xahiş edirəm toy qiymətlərinə endirim etsinlər. Mən Xatuna dəstəyəm. Elton, Abbas, Samir toya baha gedir. Onları bütün Rusiyada tanıyırlar. Qiyməti yüksək olması onlara uyğundur”.
S.Səmədov xalq artisti Faiq Ağayevdən nümunə götürdüyünü söyləyib: “Bir vaxtlar mən “Toylar kralı” idim, hamı məndən nümunə götürürdü. Amma Faiq Ağayev daha işgüzar idi və mən ondan nümunə götürürdüm. Ona görə də indi hələ də dəbdəyəm”.
Gununsesi.info












