
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İtaliyanın xarici işlər naziri Ancelino Alfano sabah Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək.
Gununsesi.info xəbər verir ki, müzakirələr A.Alfanonun Rusiyaya səfəri çərçivəsində baş tutacaq.
Bundan başqa, nazirlər İtaliyanın 2018-ci ildə ATƏT sədrliyinə fəaliyyət planını müzakirə edəcək.
Gununsesi.info










