Rusiyanın bu şəhərləri təyyarələri qəbul edə bilmir

  • Müəllif: admin
  • 03 Fevral 2018 15:32


Kalininqrad və Volqoqrad şəhərlərinin beynəlxalq hava limanları təyyarələri qəbul edə bilmir.

Gununsesi.info xəbər verir ki, buna səbəb qatı dumandır. Havanın belə olması reyslərin təxirə salınması ilə yanaşı, reyslərin qəbul edilməsini də mümkünsüz edib.

“Güclü duman səbəbindən səhər uçuşları və bir sıra reyslərin qəbul edilməsi təxirə salınıb”, – deyə məlumatda bildirilir.

Gununsesi.info