Tovuzda 7 yaşlı uşağı yük maşını vuraraq öldürüb – YENİLƏNİB

  • Müəllif: admin
  • 06 Fevral 2018 19:55


Tovuz rayonunda yük maşını tərəfindən vurulan piyadanın kimliyi məlum olub.

“Report”un məlumatına görə, həmin şəxs rayonun Aşağı Eyyublu kənd sakini, 2011-ci il təvəllüdlü Elvin Elnur oğlu Əsgərovdur.

O, küçədə oynayarkən qəflətən yola çıxıb və 20 DN 993 dövlət qeydiyyat nişanlı “KamAZ” markalı yük maşını tərəfindən vurulub. Hadisəni törədən sürücü, Aşağı Eyyublu kənd sakini, 1993-cü il təvəllüdlü İbrahim Nazim oğlu Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

*** 18:29

Tovuz rayonunda azyaşlını avtomobil vuraraq öldürüb.

“Report”un  məlumatına görə, hadisə rayonun Aşağı Eyyublu kəndində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info