İrina Şeyk bu il ilk dəfə podiuma çıxdı - FOTO

  • Müəllif: admin
  • 10 Fevral 2018 20:05

32 yaşlı model İrina Şeyk Nyu-York moda həftəsi çərçivəsində podiuma çıxıb.

Gununsesi.info xəbər verir ki, model “Bottega Veneta” markasının yeni kolleksiyasının təqdimatında iştirak edib. İrina podiuma qızılı-sarı uzun məxmər libasda çıxıb. Şeykin uzun yarığı və sinə dekoltesi diqqətdən qaçmayıb. İrina geyimini sarı çəkmələrlə tamamlayıb.

Qeyd edək ki, bu, İrinanın 2018-ci ildə podiuma ilk çıxışıdır.

 

 

 

Gununsesi.info