Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədar 22 fevral 2018-ci il tarixində gün ərzində Xırdalan-Binəqədi şossesi ətrafı ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu haqda Gununsesi.info-ya “Azərsu” ASC-dən məlumat verilib.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Gununsesi.info