
Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçirilib.
Bu barədə Gununsesi.info-ya millət vəkili Sevinc Fətəliyeva məlumat verib.
Onun sözlərinə görə, belə bir formatda görüşün əsas məqsədi üçtərəfli əlaqələrin inkişaf etdirilməsində parlament diplomatiyasının rolundan yararlanmaqdır. “Bildiyiniz kimi Azərbaycan, Türkiyə, Gürcüstan arasında üçtərəfli çox uğurlu əməkdaşlıq formatları mövcuddur. Üç ölkənin birgə iştirakı ilə bölgədə çox böyük, enerji, iqtisadi, tranzit, logistik layihələr həyata keçirilir. Bu üç ölkə nəini regionun inkişafına, sabitliyinə və təhlükəsizliyinə, eyni zamanda digər bölgələrində inkişaf və təhlükəsizliyinə öz töhfələrini verirlər. Ona görə də ölkələrimiz arasında çox sıx əməkdaşlıq formaltalrı mövcudur.
Məhz bunun nəticəsidir ki, mütəmadi olaraq ölkə başçıları, xarici işlər nazirləri, müdafiə və iqtisadiyyat nazirləri arasında mütəmadi olaraq görüşlər keçirilir”- deyə, S. Fətəliyeva vurğulayıb.
Millət vəkili bildirib ki, bu əməkdaşlıq getdikcə dah da dərinləşir və möhkəmlənir. “Hesab edirəm ki, hər üç ölkənin parlamenti də bu əlaqələrin inkiaşfında öz rolunu oynamaı və bu prosesin daha da üst səviyyəyə qalxmasına çalışmalıdır. Həm əlaqələrin üst səviyyəyə qalxmasına qanunvericilik bazasının formalaşdırılmasında, həm regional əməkdaşlığın inkişaf etdirib, inteqrasiya prosesində, həm beynəlxalq, regional təşkilatlarda birgə əməkdaşlıq və əlaqələrin kordinasiya olunması istiqamətində öz rolunu oynamalıdır. Və bu çox önəmli məsələdir. Onsuz da hər üç ölkənin parlamentariləri arasında çox sıx və yaxşı əməkdaşlıq əlaqələri mövcuddur. Ancaq üçtərəfli formatlarda görüşlərlə bu əlaəqələrin daha da dərinləşməsinə və inkişa fetdirilməsinə nail olmaq istəyirik. Elə Ankara toplantısında da bu məsələlər müzakirə olunub”- deyə, S. Fətəliyeva bildirib.

O əlavə edib ki, bu görüşlər mütəmadi xarakter daşıyacaq və bu formatda keçirilən toplantılarda hər üç ölkənin qarşısında duran problemlər və regional əməkaşlıq və regionda sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunmasında parlametn diplomatiyasınında yararlanmaq və buna nail olmaq üçün birgə fəaliyyət qarşıya hədəf kimi qoyulub.
Toplantı çərçivəsində parlamentarilər Ankarada Atatürkin mavzoleyini, Xocalı abidəsini ziyarət ediblər.
Mürtəza
Gununsesi.info












