Deputatlarımız Rusiyaya gedir

  • Müəllif: admin
  • 28 Fevral 2018 13:44

Milli Məclisin üzvləri Elmira Axundova və Rauf Əliyev martın 1-də Rusiyaya səfərə gedəcəklər.

Milli Məclisdən Gununsesi.info-ya verilən məlumata görə, millət vəkilləri Sankt-Peterburq şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman məsələləri komissiyasının iclasına qatılacaqlar.

Deputatlarımız müzakirəyə çıxarılan məsələlərə öz münasibətlərini bildirəcək, təkliflər verəcəklər. Tədbirdə MDB-yə üzv ölkələrin nümayəndələri iştirak edəcəklər. Səfər martın 3-də başa çatacaq.

Gununsesi.info