Tanınmış şirkət işçi axtarır

  • By admin
  • 28 Fevral 2018 14:02

Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” MMC-nin Təmir Mərkəzinə avtobuslara texniki xidmət və təmir işləri üçün  ixtisaslı mexanik, çilingər və elektriklər tələb olunur. 

Gununsesi.info xəbər verir ki, qeyd  olunan vəzifələr üzrə ixtisaslaşmış servis mərkəzlərində ən azı 4 il iş təcrübəsi, AVRO 5 standartlara cavab verən avtonəqliyyat vasitələri (avtobuslar) üzrə biliklər və təcrübə tələb olunur. Əmək haqqı razılaşma yolu ilə təyin olunur.

Maraqlanan şəxslər CV-lərini mövzu yerində “mexanik”, “çilingər” və “elektrik” qeyd etməklə info@safa.az ünvana göndərə bilərlər. Əlaqə nömrəsi (012) 430 85 85.”

“Xaliq Faiqoğlu” MMC-i 2005-ci ildən Bakı şəhərindən sərnişindaşıma fəaliyyəti göstərir. Şirkətin avtobus parkında 300-ə yaxın İsuzu, BMC və Daewoo markalı avtobuslar mövcuddur. İstismarda olan xəttlərdə elektron ödəniş sistemini tətbiq edən ilk özəl daşıyıcı şirkətdir.

Gununsesi.info