Türkiyədə gəmidə partlayış –  Ölən və yaralanan var

  • Müəllif: admin
  • 28 Fevral 2018 20:31


Qara dənizin Türkiyənin Sinop sahillərində yerləşən hissəsində Liberiya bayrağı altında üzən yük gəmisində partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində bir ölü, bir yaralı var.

Dərhal hadisə yerinə dəniz xilasediciləri cəlb edilib.

Partlayışın gəminin qazanxanasında qaz sızmasından baş verdiyi bildirilir.

 

Gununsesi.info