“İranla mübarizə üçün ölkədə islahatlar aparmalıyıq”

  • By admin
  • 28 Fevral 2018 20:40

Səudiyyə Ərəbistanının inkişafı və İran kimi dövlətlərlə mübarizə məqsədilə ölkədə islahatlar aparmaq lazımdır.

Gununsesi.info xəbər verir ki, bunu Krallığın şahzadəsi vəliəhd Məhəmməd bin Salman Al Səud bəyan edib.

Vəliəhd “The Washington Post” qəzetinə müsahibəsində deyib: “Səudiyyə Ərəbistanında islahatlar və dəyişikliklər inkişafın saxlanması və düşmənlərlə, məsələn, İranla mübarizə üçün zəruridir”.

Şahzadə əlavə edib ki, islahatlar “şok terapiyası”nın bir hissəsidir, bu da Krallığın siyasi və mədəni planda modernləşdirilməsi baxımından vacibdir.

Gununsesi.info