İki sərnişin qatarı toqquşdu - 10 ÖLÜ, 15 YARALI

  • By admin
  • 28 Fevral 2018 20:48

Misirin Boheyra əyalətində iki sərnişin qatarı toqquşub.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində azı 10 nəfər həlak olub. Daha 15 nəfərin xəsarət aldığı bildirilir.

Hazırda hadisə yerində xilasedicilər işləyir.

Qəzanın baş vermə səbəbləri məlum deyil. Polis araşdırmalara başlayıb.

Gununsesi.info