Əmrah oğlunun dönər satmağına belə reaksiya verdi – foto

  • By admin
  • 28 Fevral 2018 20:55


Müğənni Əmrah sosial media hesabında yerləşdirdiyi paylaşımı ilə oğlu Tayfuna ismarıc göndərib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı dönər evi açan və toyuq dönəri satmağa başlayan Tayfun haqda yazıb:

“Keçmişin kaş kiləri…gələcəyin narahatlıqları ilə oynama, dərs al və yoluna davam et”.

Qeyd edək ki, Tayfun bir neçə gün öncə Bursada şərikli dönər evi açdığını bildirib. O, İnstaqram səhifəsində şəklini paylaşaraq öz ayaqları üstə durmaq istədiyini qeyd edib:

“Çoxu mənim atamla münasibətimi düzgün anlamayıb. Atamı çox sevirəm. Ümid edirəm, öz ayaqlarım üzərində durduğumu görər və mənimlə fəxr edər. İnşallah, bir gün məni burada ziyarətə gələr, mən də öz əllərimlə ona toyuq dönəri hazırlayaram”.

Gununsesi.info