Əfqanıstan prezidenti “Taliban”ı sülhə çağırıb

  • Müəllif: admin
  • 28 Fevral 2018 21:45

Əfqanıstan Prezidenti Əşrəf Qəni ölkədə təhlükəsizliyin təmin olunması üçün “Taliban” qruplaşmasını sülh danışıqlarında iştirak etməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, Ə.Qəni bu çağırışı 20-dən çox ölkə və beynəlxalq təşkilatın iştirak etdiyi 2-ci Kabil Sülh Konfransı zamanı edib.

Prezident elan edib ki, hökumət danışıqlarda iştirak etmək niyyətində olan “Taliban” nümayəndələrinin təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, 2014-cü ildə ABŞ və NATO missiyaları Əfqanıstanı tərk etdikdən sonra “Taliban” hücumların sayını artırmışdı.

Gununsesi.info