Suriyada terrorçuların qazdığı tunellər ləğv edilir

  • By admin
  • 28 Fevral 2018 21:55

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsinin azad edilmiş ərazilərində PYD və YPG terrorçularının çəkdiyi tunellərin ləğv edilməsinə başlayıb.

Məlumata əsasən, terrorçuların çəkdiyi tunellər betonlanıb.

Hazırda azad edilən ərazilərdə terrorçuların qazdığı 300-dən çox tunel aşkar edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Gununsesi.info