Kişi işlədiyi şirkətin avtomobilindən oğurluq etdi - NOVXANIDA

  • By admin
  • 28 Fevral 2018 22:02

Türkiyəli iş adamına məxsus şirkətin avtomobili qarət edilib.

Gununsesi.info xəzərxəbər-ə istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Novxanı qəsəbəsində baş verib. ”Barış-Cehiz” Məhdud Məsuliyyətli Cəmiyyətin mühasibi vəzifəsində işləyən Nərmin Adilzadə,”102” xidmətinə məlumat verib ki, Türkiyə vətəndaşı Barış Adıgözəlin şirkətinə məxsus avtomobildən 7 min manat dəyərində məişət cihazları oğurlanıb.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis çox çəkməyib ki, bu işdə şübhəli kimi Masallı sakini Ruslan Rzayev və Günay Şirizadəni saxlayıb. Məlum olub ki, Ruslan Rzayev əvvələr həmin şirkətin işçisi olub. O, hadisədən bir neçə gün əvvəl işdən çıxarılıb. Ruslan Rzayev hadisəni qisas almaq məqsədi ilə törətdiyini etiraf edib.

Ruslan Rzayev oğurladığı məişət avadanlıqlarını qeyri-rəsmi nikahda yaşadığı Günay Şirizadənin kirayədə qaldığı evin həyətinə yığıb. Daha sonra o, malları başqa bir avtomobillə satmaq üçün Masallı rayonuna göndərib.  Günay Şirizadə həmin əşyaların oğurluq olmasından ümumiyyətlə xəbərsiz olduğunu deyir.

Polis həmin əşyaların bir qismini onlardan aşkar edərək götürüb. Faktla bağlı Ruslan Rzayev barəsində Abşeron rayon polis idarəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

Gununsesi.info