Pərvinlə Tunayın məhkəməsi oldu - 300 MİNLİK TƏZMİNAT DAVASI

  • Müəllif: admin
  • 01 Mart 2018 12:17

Martın 1-də Səbail Rayon Məhkəməsində Türkiyədə yaşayan aktrisa Tunay Əliyeva ilə Azərbaycanda yaşayan həmkarı Pərvin Abıyevanın bir-birinə qarşı iddiaları üzrə məhkəmə keçirilib. Bu işə hakim Nurəddin Bağırov baxır.

Gununsesi.info xəbər verir ki, məhkəmədə hər iki tərəfin vəkilləri linqvistik ekspertiza keçirilməsi haqda vəsatət qaldırıb. Vəsatətlərə martın 5-də keçiriləcək növbəti məhkəmədə baxılıb qiymət veriləcək.

Qeyd edək ki, qalmaqala səbəb T.Əliyevanın mətbuata açıqlamasında P.Abıyevanı “1000 manatlıq” adlandırması olub.

P.Abıyeva isə instaqram səhifəsində T.Əliyevanın pul qarşılığında kişilərlə görüşdüyünü yazıb.

Bundan sonra tərəflər məhkəməyə müraciət edib.

Qeyd edək ki, T.Əliyevanın hüquqlarını vəkil Adəm Məmmədov, P.Abıyevanı isə Ceyhun Yusifov müdafiə edir.

T.Əliyeva həmkarından 100 min manat, qarşı tərəf isə ondan 200 min təzminat tələb edir.

Gülər 

Gununsesi.info