
Armen Sərkisyan Ermənistanın yeni prezidenti seçilib
Ermənistan parlamentində səsvermənin yekunlarına əsasən Armen Sərkisyan ölkənin 4-cü prezidenti seçilib.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, parlamentdəki gizli səsəvermmənin nəticəsində Armen Sərkisyanın xeyrinə 90, əleyhinə isə 10 deputat səs verib. Onun namizədliyini hakim Respublikaçılar və Daşanaksütun Partiyası irəli sürüb.
Parlamentdəki “Çakuryan” fraksiyası isə namizəd irəli sürməyib.
Qeyd edək ki, 2015-ci ildə Konstitusiyaya edilən dəyişiklik nəticəsində Ermənistan parlament üsul-idarəsinə keçib və ölkənin prezidenti parlament seçir. Konstitusiyaya edilən dəyişikliyə əsasən bundan sonra ölkənin aparıcı siması baş nazir olacaq.
Gununsesi.info









