
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.
Gununsesi.info bildirir ki, yenicag.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın yataq xəstələrinin müalicə aldığı köhnə tikilidə baş verib. Hadisənin şahidi, adının çəkilməsini istəməyən mühafizəçinin sözlərinə görə, hər şey bir anda baş verib:
Qeyd edək ki, baş verən dəhşətli yanğınla əlaqədar olaraq hadisə yerinə Prezident İlham Əliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, Bakı şəhər İcra Hakimiyyənin başçısı Hacıbala Abutalıbov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov gəliblər.
Gununsesi.info









