Azərbaycanda telekanallar niyə susur?

  • Müəllif: admin
  • 02 Mart 2018 12:45
 
 
Respublika Narkoloji Mərkəzində  çoxsaylı insan ölümü ilə nəticələnən yanğın hadisəsi ölkə əhalisini sarsıtsa da, hələlik Azərbaycan telekanalları hər zaman olduğu kimi yenə də susur.
Artıq Narkoloji Mərkəzdə baş verən yanğın hadisəsindən nəinki Azərbaycan insan,  hətta yaxın və uzaq qonşuları belə xəbə tutdu.  Ancaq Azərbaycan telekanalları sanki ölkədə belə bir dəhşətli faciənin baş verməsindən xəbərsizdir.  
 Hətta hadisə yerində ölkə başçısı olub və vəziyyətlə tanış olub.
 Bundan əlavə orada Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə naziri, Baş prokuronun müavini və digər şəxslər də olub. İlkin birgə məlumat yayılsa da, telekanallarımız ənəyə sadiq qalaraq susqunluq nümayiş etdirilər. -Səbəbi nədir?!
Azərbaycan tamaşaçısı artıq  telekanallarımızın belə “operativ” fəaliyyətinə öyrəncəlidir.
Baş verən hadisə ilə əlaqədar olaraq Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Rəsmi məlumatda  24 nəfərin öldüyü və 3 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Gununsesi.info