
Ötən gün saat 10 radələrində Nəsimi rayonu ərazisində baş verən qəzada dünyasını dəyişən qadının şəxsiyyəti məlum olub.
DİN-dən Gununsesi.info-ya verilən məlumata görə, Bakı şəhər sakini Qasım Abdullayev idarə etdiyi “İveco” markalı avtobusla yolu keçən paytaxt sakini Həqiqət Bayramovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Qəza yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar. Hadisəni törədən sürücü istintaqa cəlb olunub və izahatının alınması üçün Nəsimi RPİ-nə aparılıb. Faktla bağlı istintaq şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin balansında olan Bus MMC-nin 3 nömrəli avtobusu “Koroğlu” parkı ərazisi yolu keçmək istəyən qadını vurub. Xəsarət alan şəxs hadisə yerindəcə keçinib.
Gununsesi.info









